Accessibility links

İranda prezident seçkilərinə etiraz aksiyaları zamanı həbs edilənlərdən 140 nəfər azad edilib


Iran parlamenti nümayəndələrinin bildirdiyinə görə, prezident seçkilərinə etiraz aksiyaları zamanı həbs edilənlərdən 140 nəfər bu gün azad edilib. Qanunverici Kazem Cəlali İran mediasına verdiyi müsahibəsində azad edilənlərə qarşı yüngül ittihamlar irəli sürüldüyünü və onlarınzəmanətləazadlığa buraxıldıqlarını deyib. Cənab Cəlali bu açıqlamanıİran parlamentinin prezident seçkiləri zamanı həbs edilənlərin işi ilə məşğul olan xüsusi komitəsinin üzvlərinin bu gün Tehranın Evin həbsxanasına getmələrindən sonra verib. Dünən İran rəsmiləri prezident seçkilərinə etiraz edənlərdən 300 nəfərin həbs edildiyini bildirmişdi. Cənab Cəlali onlardan 150 nəfərin ciddi ittihamlarla üzləşdyinivə bu qrupa daxil olanların həbsinin davam edəcəyini söyləyib.


Bunlarla yanaşı bildirilir ki, İranın ali ruhani lideri Ayətulla Əli Xameneyi siyasi məhbusların saxlanıldığı Kəhrizək həbsxanasının bağlanmasına dair göstəriş verib. Ayətulla Xameneinin Kəhrizəyin bağlanmasına dair göstərişinin həbsxananın məhbusların saxlanması üçün standartlara uyğun gəlmədiyi səbəbindən verdiyi bildirilir.

Hal-hazırda prezident seçkilərinin rəsmi nəticələrinə etirazüçün keçirilən nümayişlərin iştirakçılarından neçə nəfərin həmin həbsxanada saxlanıldığı və həbsxana bağlandığı təqdirdə məhbusların taleyi barədə məlumat verilmir.

Dünən İran mediası ölkənin ədliyyə sisteminin başçısının rəsmilərə prezident seçkiləri zamanı həbs edilənlərintaleyi barədə tez bir zamanda qərar verilməsinə göstəriş verdiyi barədə məlumat yayımlamışdı. Mahmud Haşimi Şahrudininsözçüsünün bildirdiyinə görə, rəsmilər bir həftə ərzində həbs edilənlərin azad edilməsi və ya həbsdə saxlanması barədə qərar verməlidirlər.
XS
SM
MD
LG