İran
müxalifətinin lideri Mir Hüseyn Musəvinin etiraz nümayişçilərinin həbslərinə və
öldürülməsinə qarşı kəskin çıxışının ardınca ölkənin ali dini rəhbəri məsələni tez
aradan qaldırmaq üçün həbsxananın bağlanmasına göstəriş verdi.“Necə ola bilər
ki, bizim ölkəmizin rəhbərləri bu faciələrə göz yaşı axıtmır və öz səslərini
ucaltmırlar?” deyə Musəvi müəllimlər assosiasiyasına xitab edib. “Onlar bunu görmür və ya hiss etmirmi? Bunlar
bizim ölkəmizi qaralayır, ürəklərimizi qaralayır. Əgər biz sükut saxlasaq bu bizi məhv edərək cəhənnəmə
aparacaq,” deyə Musəvi bildirib.
NYT qəzetinin yazdığına görə Musəvinin qəzəbli tonu 12 iyun seçkilərinin ardınca həbs olunanların həbsxanada öldürülməsini və ölənlərin sayının tədricən artmasını əks etdirir. Bazar ertəsi Tehranda Əmir Cavadi Fər üçün dəfn mərasimi keçirildi. O, bir çox başqaları kimi həbsxanada qətlə yetirilmişdi. Musəvi və başqa müxalifət liderləri İranda etiraz dalğasının simvoluna çevrilmiş demokratiya şəhidi Neda Ağa Soltanın qırxını qeyd etmək üçün icazə istəyiblər. Şiə ənənəsində ölənlərin qırxını qeyd etmək mühüm bir hadisədir, və 1979-cu ildə şah qüvvələri tərəfindən öldürülmüş insanların oxşar matəm mərasimləri inqilabla nəticələnmişdi.
Hazırda müxalifət liderləri nümayişlər əsnasında həbs olunmuş yüzlərlə adamın azad edilməsini tələb edir. Ötən həftə qətlə yetirilənlərin dairəsi prezidentliyə mühafizəkar namizəd Möhsen Rezayinin müşavirinin oğlu Möhsen Ruholaminin öldürülməsi ilə bir qədər də genişlənib. Parlamentin yüksək rütbəli nümayəndələri bu məsələ barədə şikayət ediblər. Tehranın baş prokuroru Səid Mortəzəvi qətlin araşdırılması üçün xüsusi hakim təyin edib.
Bu arada İranda hakimiyyət daxili gərginliklər artmaqda davam edir. Röyterzin xüsusi müxbiri Alsteyr Lyon prezident Mahmud Əhmədinejadın çox qəribə vaxtda ali dini rəhbər Ayətulla Əli Xameneyi ilə qılınclaşmasını təhlil edir. Onsuz da İranın ona səs verməmiş böyük əksəriyyətini qəzəbləndirən Əhmədinejad indi də ona qahmar çıxan mühafizəkarları özündən uzaq salıb. Prezidentin İsrail haqda müsbət fikirlər səsləndirən qudasını baş vitse prezident təyin etməsindən sonra baş qaldıran ixtilaf hakimiyyət düşərgəsini çalxalayıb. Britaniyanın Durham Universitetindən İran üzrə ekspert Anuş Ehteşami deyir ki, legitimlik böhranından əlavə Əhmədinejadın Tehrandakı apparatçiklər və Qumdakı üləma ilə münaqişəyə girməsi kabinetin formalaşmasını çətinləşdirəcək. Hələlik mühafizəkarlar Əhmədinejad prezident liyinin bərkiməsinə çalışırlar. “Lakin elə bir vaxt gələcək ki, onda Əhmədinejad hakimiyyətə nəzarəti itirə bilər,” deyə Ehteşami bildirir.
Seçkilər zamanı təkidlə Əhmədinejadın tərəfini saxlayan Xameneyi indi əhmədiejadı özündən uzaqlaşdıra bilməz, lakin son kabinet dəyişiklikləri ilə prezident müstəqil fəaliyyət göstərmək arzusunu artıq aydın edib. Əhmədinejadın yeni kabinet formalaşdırması ilə bağlı atdığı addımlar indiki geniş böhran çərçivəsində sabit hökumət yaratmağı problematik edir. Virciniyanın Corc Meyson Universitetinin tarix professoru Şaul Baxaş Əhmədinejadın mövqeyinin əhəmiyyətli dərəcədə zəiflədiyini deyir. O, həmişə kənarda insanlarla açıq qarşıdurmaya getməyi sevən adam kimi tanınıb. İndi isə o, bu taktikanı ali dini rəhbərə qarşı işlədir. O biri tərəfdən mühafizəkarlar hesab edirlər ki, Əhmədinejadın qələbəsi onlara baha başa gəlib, və bunun nəticəsi olaraq onlar prezidentə nəzarət etmək istəyirlər.