Accessibility links

Ermənistan prezidenti Türkiyəyə xəbərdarlıq edib


Ermənistan prezidenti Serj Sarkisyan bildirib ki, Türkiyə hökuməti uzun sürən gərginliyin aradan qaldırılması üçün real addımlar atmasa o, bu ilin sonunda Türkiyəyə edilən dəvəti qəbul etməyəcək. Cənab Sarkisyan bunu dünən Yerevanda serbiyalı həmkarı Boris Tadiçlə görüşündə demişdir. Ermənistan liderinin bu açıqlaması Türkiyənin paytaxtı Ankarada keçiriləcək Futbol görüşündən bir neçə həftə əvvələ təsadüf edir. O Dünya Çempionatı görüşlərinin bir hissəsi olan Türkiyə- Ermənistan maçını izləmək üçün Türkiyə prezidenti Abdulla Gülün dəvətinə əsasən Türkiyəyə getməlidir. İki komandanın futbol görüşünü izləmək üçün keçən il Abulla Gül Yeravanda səfərdə olmuşdur. Osmanlı imperiyası zamanı, Birinci Dünya Müharibəsindən sonra ‘Erməni Təhciri’ ilə bağlı yaranmış olan gərginliyin nizama salınması üçün iki dövlət Aprel ayında yol xəritəsi elan edib.

XS
SM
MD
LG