Moldovada
seçicilər ötən il buraxılmış parlamentə yeni seçkilərə hazırlaşırlar. İstefaya gedən prezident Vladimir Voronin
iyunda parlamenti buraxıb və erkən seçkilərə səsləyib. Bu, Kommunist partiyasından prezidentliyə
namizəd olan şəxsin prezidentliyi qazanmaq üçün tələb olunan 61 səsi toplaya
bilməməsindən sonra baş verib. Müxalifət
qanunvericiləri hər iki səsverməni baykot edərək, aprel seçkilərinin saxtalaşdırldığını
israr edir. Kommunist partiyasının
apreldə qələbə qazanması Moldova paytaxında zorakı nümayişlərə yol
açmışdı. Çərşənbə günü səsverməsini 3
min beynəlxalq müşahidəçi izləyəcək.