Accessibility links

ABŞ Müdafiə naziri Robert Geyts gözlənilmədən İraqa səfər edib


Müdafiə naziri Geyts və ABŞ-ın İraqda baş komandanı general Rey Odiyerno Bağdadda baş nazir Nuri əl-Məliki ilə görüşüblər.

Danışıqlar zamanı ABŞ silahlı qüvvələrinin İraqda təhlükəsizliyin bərqərar edilməsi prosesində artan rolu və Amerika əsgərlərinin ölkədən çıxmasından sonra İraqa silah satışlarını da müzakirə edəcək.

Geyts Bağdada İraqın cənubunda ABŞ-ın komanda postunun yerləşdiyi Tallildən gəlib.

ABŞ müdafiə nazirinin kürdlər və ərəblər arasında köprü yaratmaq məqsədilə İraqın muxtar kürd regionuna da səfər edəcəyi gözlənilir. İraq kürdləri və ərəblər arasında ölkənin neftlə zəngin bu regionu üstündə apardığı mübahisələr ABŞ silahlı qüvvələri 2011-ci ilin sonuna qədər çıxmağa hazırlaşdığı bir vaxt yeni zorakılıqlara gətirib çıxara bilər.

Geyts hazırda Yaxın Şərqdə səfərdə olan üçüncü ABŞ rəsmisidir.

XS
SM
MD
LG