Accessibility links

Aunq San Suu Kyinin məhkəməsi sona çatıb


Rəsmilər deyir ki, Birma demokratik hərəkatının lideri Aunq San Suu Kyinin ev dustaqlığı qaydalarını pozmaq ittihamlarına dair məhkəməsi baş çatıb. Hökmün cümə günü açıqlanacağı gözlənilir. İddialar sübuta yetiriləcəyi təqdirdə Nobel Sülh Mükafatı laureatı 5 illik həbsə məhkum edilə bilər. Fransa xəbər agentliyi məhkəmə rəsmilərinə istinadən bildirir ki, belə olsa həbs müddəti hökm oxunan gündən başlayacaq. Birma hərbi hökumətinin ittihamçıları dünən məhkəməyə son dəlillərini təqdim ediblər. Aunq San Suu Kyinin vəkilləri, iki yerli köməkçi və amerikalı Con Yettau bugünkü sessiyada ittihamçıların suallarını cavablandırıblar. Vəkil Nyan Vin Amerikanın səsinə bildirib ki, bağlanış dəlillərinin 4 saatlıq təqdimatına baxmayaraq, prokurorların ittihamnaməsi qanuni çəhətdən zəif olub.
XS
SM
MD
LG