Accessibility links

AB-nin Gürcüstan müharibəsi barədə hesabatı gecikir


Avropa Birliyi rəsmiləri deyir ki, Gürcüstan və Rusiya arasında keçən il baş vermiş hərbi münaqişənin səbəbləri barədə hesabat planlaşdırıldığından iki ay sonra buraxılacaq.

Münaqişəni araşdıran komitəyə rəhbərlik edən Haidi Taqliavini deyir ki, qrup bu məsələnin araşdırılması üçün bu yaxınlarda tələb olunan çox sayda sənəd əldə etdiyi üçün hesabatın yekunlaşdırılmasını sentyabrın axırına qədər ləngidirlər. Qrup öz işini cümə günü bitirməliydi.

Bu münaqişənin baş verməsində Rusiya və Gürcüstan bir-birini günahlandırırlar. Taqliavini Moskvada jurnalistlərə söyləyib ki, seperatçı Cənubi Osetiya və Abxaziyanın rəsmiləri də daxil olmaqla, hər iki tərəf onun qrupundakı tədqiqatçılarla yaxşı əməkdaşlıq etmişlər.

Rusiya deyir ki, o, Gürcüstanın Cənubi Osetiyaya hərbi müdaxiləsinə cavab olaraq həmin əraziləri işğal edib. Gürcüstan isə deyir ki,o, Rusiyanın işğalına cavab verib.

XS
SM
MD
LG