İspaniya rəsmilərinin bildirdyinə görə, ölkənin Borqos şəhərində maşına yerləşdirilmiş bomba partlayışı Mülki Qvardiyanın yataqxanasını dağıtməş, azı 46 nəfərin yüngül yaralanmasına səbəb olmuşdur. İspaniyanın daxili işlər naziri Alfredo Perez Rubaçalba bu gün səhər həyata keçirilən bu bomba hücumunda Bask terrorçu qrupu ETA-nı günahlandırmışdır. Dağıdılan yataqxanada 41 uşaq daxil edilməklə, İspaniyanın yarı-hərbi polis dəstəsinin ailə üzvlərindən ibarət 120 nəfərin yaşadığı bildirilir. Nazir qatillərin şübhəsiz ki, içəridə olanları öldürmək istədiklərini deyib.
Qeyd edək ki, 1960-cı illərin sonundan bəri İspaniyanın şimalında və Fransanın cənub-qərbində müstəqil birBask dövlətinin yaranması uğrunda mübarizə aparanETA terroçu qrupu tərəfindən azı 825 insan qətlə yetirilib.