Accessibility links

İraqda son bir neçə həftə ərzində zorakılıqlar artıb


İraq polisinin bildirdiyinə görə, Bağdaddan şimalda baş verən bomba partlayışı 8 nəfərin ölümünə, azı 10 nəfərin yaralanmasına səbəb olub. Bu gün Diyala vilayətində həyata keçirilən hücumun sünni partiyasının ofisini hədəf aldığı deyilir. Polis bombanın İslahat və Əməkdaşlıq Partiyasının Baquba şəhərindəki baş qərargahında, partiya üzvlərinin toplantısı zamanı partladıldığını bildirib.

İraqda keçən il zorakılıqların aşağı səviyyədə olduğu deyilsə də, bu ilin iyun ayının 30-dan, ABŞ qüvvələrinin İraqın bəzi şəhərlərini tərk etməsindən sonra son bir neçə həftə ərzində xeyli artdığı bildirilir.


XS
SM
MD
LG