Accessibility links

Düşənbədə təhlükəsizliyə dair zirvə toplantısı keçirilir


Əfqanıstan, Pakistan, Tacikistan və Rusiya beynəlxalq ictimaiyyəti Mərkəzi Asiya regionunda narkotik maddələrə qarşı mübarizə işini sürətləndirməyə çağırıblar.

Düşənbədə təhlükəsizliyə dair zirvə görüşündə Tacikistan prezidenti İmomali Raxmon bu gün Pakistan prezidenti Asif Əli Zərdari, Əfqanıstan prezidenti Həmid Karzai və Rusiya prezidenti Dmitri Medvedevlə görüşüb.

Dövlət başçıları danışıqlardan sonra birgə bəyanatla çıxış edərək, regionda militantların əsas maliyyə mənbəyi olan narkotik alverinin artmasından narahatlıqlarını bildiriblər.

Bundan öncə Tacikistan, Pakistan və Əfqanıstan terrorizm, ekstremizm və mütəşəkkil cinayətə qarşı mübarizədə əməkdaşlıq haqda razılığa gəliblər.

Əfqanısttanla sərhəddə islam ekstremizmi ilə bağlı narahatlıqlar Tacikistan hökumətini regionda təhlükəsizliyi gücləndirməyə vadar etmişdir.

XS
SM
MD
LG