Rusiyada
müxalifət fəalları deyir ki, polis planlaşdırılan nümayiş ərəfəsində 30
müxalifətçini saxlayıb. Müxalifətin
internet səhifəsində bildirilir ki, Qələbə Meydanına toplaşmağa cəhd göstərən
fəallar hökuməti konstitutsiyada təsbit edilən toplaşma azadlığına əməl etməyə
səsləyirdilər. Lakin Moskva rəsmiləri qrupun
nümayiş keçirmək haqda ərizəsini rədd edib. Tutulanlar arasında Rusiyanın qadağan
edilmiş Milli Bolşevik Partiyasının rəhbəri Eduard Limonovun olduğu
bildirilir. Limonov Rusiya müxalifətinin
nümayişlərinin mütəmadi iştirakçısıdır və dəfələrlə həbs olunub.