Accessibility links

ETA İspaniyada hücumlarını artıra bilər


İspaniyada 50 illiyni qeyd edən silahlı bask qrupu ETA-nın mümkün hücumları səbəbilə ölkədə təhlükəsizlik qüvvələri gücləndirilmiş rejimə keçib. Bu həftə baş verən iki partlayışda ETA qrupu ittiham olunur. Dünən Malyorda şəhərində həyata keçirilmiş hücum 2 mülki mühafizəçinin həyatına son qoyub. Burqon şəhərində maşına yerləşdirilmiş bombanın partlaması isə 60 nəfərin yaralanması ilə nəticələnib. 1960-cı ildə İspaniyanın şimalı və Fransanın cənub-qərbində müstəqillik uğrunda zorakı mübarizəyə başlayan ETA indiyədək 825 nəfərin həyatına son qoyublar. Birləşmiş Ştatlar və Avropa Birliyi ETA-nı terrorçu təşkilat kimi tanıyır.
XS
SM
MD
LG