Accessibility links

İran prezidenti Ayətulla Əli Xameneyi ilə münasibətlərinin pozulmadığını bildirib


İran prezidenti Mahmud Əhmədinejad vitse-prezidentin təyinatı ilə əlaqədar mübahisəyə görə, ali ruhani lider Ayətulla Əli Xameneyi ilə aralarında münasibətlərin pozulduğu barədə xəbərləri danıb. Bu gün verdiyi açıqlamasında cənab Əhmədinejad ali ruhani lider Xameneyi ilə münasibətlərini ata-oğul münasibətlərinə bənzədib.

Qeyd edək ki, iyun seçkilərindən sonra prezidentin legitimliyinə qarşı hələ də etirazların davam etdiyi bir vaxt, Mahmud Əhmədinejad mühafizəkar sərt-xətt tərəfdarlarının da tənqidlərinə məruz qalıb. Tənqidçilər onun İsrail xalqı ilə dostluq haqda fikirlər səsləndirmiş rəsminin vitse-prezident təyinatı ilə əlaqədar Ayətulla Əli Xameneyiyə loyallığını sual altına alıblar.

Dünən isə İran polisi prezident seçkilərinə etiraz nümayişləri zamanı həlak olanların 40-nı qeyd etmək üçün Tehranın mərkəzində toplaşan 2 minə yaxın insana qarşı gözyaşardıcı qaz və dəyənəklərdən istifadə etdi. İranın dövlət televiziyası ilə polisin Behişti-Zəhra qəbristanlığına toplaşan minlərlə insanı dağıtmağa çalışdığı nümayiş etdirildi. ABŞ mediasında çıxan xəbərlərə görə mərasim üçün qəbristanlığa gələn müxalifət lideri Mir Hüseyn Musəvi yüzlərlə keşikçi tərəfindən əhatəyə alınıb və onun Nümayişlər zamanı qətlə yetirilən Neda Ağa Sultanın qəbriüstə qetməsinə imkan verilməyib. Bunun müqabilində yüzlərlə nümayişçi polisin müdaxiləsinə baxmayaraq Musəvini himayə edən şuarlar bağırıb onunla həmreyliklərini nümayiş etdiriblər.

Prezident seçkilərinə etiraz aksiyaları zamanı qətlə yetirilən Neda Ağa Sultan islahat yönümlü nümayişlərin simvoluna çevrildi. Rəsmilərin kəsgin xəbərdarlıqlarına baxmayaraq dünən Tehranın müxtəlif yerlərində yüzlərlə adam küçələrə çıxıb, hökumət əleyhinə şuarlar bağırıblar. Aksiyalara dəyənək və qözyaşardıcı qazla müdaxilə edən polisə vaxdan vaxda nümayişçilər müqavimət göstərib.



XS
SM
MD
LG