Accessibility links

Çin hökuməti insan haqları müdafiəçisini həbs edib


Çin rəsmiləri insan haqları müdafiəçisi, vəkil Şu Jionqu həbs ediblər. Bu həbs Çin Kommunist Partiyasının 60-cı ildönümü münasibəti ilə gözlənilən etiraz aksiyalarının qarşısının alınması üçün həyata keçirilən həbslərin tərkib hissəsidir. Qonqmenq-Açıq Konstitusiya Təşəbbüsü adlanan insan haqları müdafiəsi təşkilatının üzvü olan Şunun həmkarları onun dünən səhər həbs edildiyini guman edirlər. Qonqmenq təşkilatının təsisçilərndən olan Teng Biyo Şunun dünən dinləmədə dünən iştirak etməli olduğunu, lakin yığıncağa gəlmədiyini deyib.

Yerli hökuməti tənqid edən vəkil Şu Çində zəhərli süd skandalı ilə bağlı zərər çəkənlərə kömək etmişdi. Ümumiyyətlə o, insan haqları tapdalananların müdafiəsinə dururdu.

Şunun həmkarı Tenq Çin hökumətinin bu addımları Kommunist Partiyasının oktyabr ayında keçiriləcək 60-cı ildönümü münasibəti ilə gözlənilən iğtişaşların qarşısının alınması üçün atdığını və Qonqmenq təşkilatının yeganə qurban olmayacağını deyib.


XS
SM
MD
LG