Accessibility links

Əfqanıstanda üç ABŞ və bir Fransa əsgəri həlak olub


Hərbi rəsmilərin dediyinə görə, bu gün Əfqanıstanda baş vermiş bir neçə hücumlarda 3 amerika əsgəri və bir fransa hərbçisi öldürülüb.

NATO və ABŞ silahlı qüvvələrin komandanlığının məlumatına görə, Amerika hərbçiləri bu gün ölkənin cənubundakə Qəndahar vilayətində partlayış zamanı ölüb.

Paytaxt Kabilin şimalında yaraqlılarla toqquşmada isə bir fransız əsgər öldürülüb, digər ikisi isə yaralanıb.

Ötən ay Əfqanıstanda 43-ü Amerika və 22-si Britaniya hərbçisi olmaqla, azı 75 koalisiya əsgəri həlak olub.


XS
SM
MD
LG