Accessibility links

İran üç Amerika turistinin həbs edildiyni təsdiqləyib


İranın dövlətə məxsus əl-Ələm televiziyasının verdiyi məlumata görə, rəsmilər İraqla şimaldan sərhəddi qeyri-qanuni keçən üç amerikalı turisti həbs ediblər.

İraqın muxtar kürd regionunun rəsmiləri 3 amerikalı turistin İranla sərhəddə dağlarda alpinizmlə məşğul olduğunu bildirib. Kürd təhlükəsizlik qüvvələrinin rəsmilərinin sözlərinə görə, onlar haqda sonuncu dəfə məlumat turistlər İran ərazisinə keçib orada əsgələrə rast gəldiklərini səyahət bürosuna zəng edib dedikləri zaman alınıb.

Amerika turistlərindən ibarət qrup bu həftənin əvvəli İraq kürdüstanının paytaxtı İrbil şəhərinə yetişdikdən sonra İranla sərhəddə Əhməd Ava dağ kurortunda yerləşmişdi. Kürd rəsmilərinin bildirdiyinə görə, onlar turistlərə İranla sərhəddə saxlana biləcəklərinə görə dağlara çıxmamağı məslələhət görüblər.

ABŞ Dövlət Departamenti Amerika turistlərinin həbsindən xəbərdar olduğunu bildiribə.

XS
SM
MD
LG