İraq
polisi bildirir ki, Bağdadın şimal qərbindəki Hadisa şəhərində küçə bazarında
baş verən bomba partlayışı ən azı 5 adamı öldürmüş, 15 nəfəri isə
yaralamışdır. Bomba bu gün səhər bazar
izdihamla dolu olan vaxt partlayıb. Qurbanlar
arasında qadınlar və uşaqlar var. Yerli
qəbilələr Əl Qaidaya qarşı mübarizədə ABŞ qüvvələrinə qoşulanadək Hadisa İraqın
ən təhlükəli zonalarından idi. İraqda
ötən ay ərzində zorakılıqlar kəskin azalıb.
Lakin qiyamçılar hələ də ölümcül hücumlar edərək İraq hökumət
qüvvələrinin əhalini qorumaq imkanlarını sınağa çəkirlər.