Accessibility links

Şərqi Qüdsdə iki Fələstinli ailə evlərindən çıxarılıb


Bu gün İsrail polisi Şərqi Qüdsdə iki fələstinli ailəni evlərindən çıxarıb. Polis məhkəmənin hökmünə əsasən onları evlərindən çıxardığını bildirir. Beynəlxalq ictimaiyyət Şərqi Qüds və İordan çayının qərb sahilində yəhudi yaşayış məntəqələrinin inşasının dayandırlması üçün İsrail hökumətinə təzyiq göstərir. Fələstinlər Şərqi Qüdsü təşkil ediləcək dövlətləri üçün paytaxt etmək istəyirlər. Şərqi Qüdsdə təxminən 250 min fələstinli, şəhərin başqa hissələrində isə 200 minə yaxın yəhudi yaşayır. İsrail 1967-ci ildə 6 gün davam edən müharibə zamanı Şərqi Qüdsü ilhaq edib. Lakin dünya ictimaiyyəti bu aktın legitimliyini tanımır.
XS
SM
MD
LG