Accessibility links

ABŞ Maliyyə Naziri: İqtisadiyyatın dirçəlişinə dair işarələr var


ABŞ maliyyə naziri Timoti Qaytner deyir ki, iqtisadiyytın bərpasına dair işarələr var, lakin bu kursu möhkəmləndirmək üçün bir sıra ölçülərə ehtiyac var. Qaytner bu gün ABC telekanalına müsahibədə bildirib ki, maliyyə sistemi artıq dağılmaq təhlükəsi ilə üzləşmir. Lakin o, etiraf edib ki, işsizlik və 1 trilyon dollar həcmində defisit problem olaraq qalır. Onun sözlərinə görə iqtisdiyyat dirçəldikdən sonra defisiti endirmək üçün çətin seçimlər etmək lazım gələcək. Müxalifətdə olan Respublikaçılar Partiyasının bir çox üzvləri deyir ki, Obama administrasiyasının iqtisadi planları ölkəni borc girdabına sürükləyir.
XS
SM
MD
LG