Accessibility links

Gürcüstan lideri hərbi qüvvədən istifadəyə lüzum görmür


Gürcüstan prezidenti Mixail Saakaşvili deyib ki, ölkəsi separatçı bölgələr olan Cənubi Osetiya və Abxaziyaya nəzarəti hərbi yolla geri qaytarmağın mümkünsüzlüyünü başa düşür.
Cənab Saakaşvili ötən il Rusiya ilə Gürcüstan arasında baş vermiş müharibənin ildönümü ərəfəsində Röyter agentliyinə müsahibə verib. Bu qısamüddətli müharibədən sonra Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımışdı.
Üstündən bir il keçsə də, regionda gərginlik hələ də qalmaqda davam edir . Gürcüstan tərəfi bu müharibə zamanı 25 min gürcünün öz evindən köçkün düşdüyünü bildirir.

XS
SM
MD
LG