Kanadada yaşayan İran azərbaycanlı jurnalist İnsafəli Hidayətlə "Etnik azlıqların, xüsusilə də azərbaycanlıların Tehranda cərayan edən hadisələrə təsiri" mövzusunda müsahibə aparmışıq
Sual: İranda prezident seçkilərindən sonra etiraz nümayişləri zamanı həlak olanların xatirəsi anıldı. Ölənlərin 40-nın qeyd edilməsi üçün azərbaycanlılar nə kimi tədbirlər təşkil edib?
Cavab: Azərbaycanlılar İranın hər yerində olduqları üçün tam bəlli deyil. Ancaq Ürmiyə şəhərində dəqiq demək olar ki, azərbaycanlıların bir çoxu küçələrə çıxaraq, şüarlar səsləndiriblər və ölənlərin xatirəsini yad ediblər. Paytaxt Tehranın özündə küçələrə çıxanların çoxu türklərdi. Hətta ölənlərin də bir çoxu, o cümlədən gənc qız Neda Ağasultan türkdü. Habelə orada, tutulanlar, Təbrizdə həbs edilənlər hələ də azad olunmayıbdır. Hər halda, deməliyəm ki, Azərbaycan mahallarında Tehranda baş verən bu hadisələrə çox az dəstək oldu.
Sual: Həqiqətən də başqa yerlərlə müqayisədə Azərbaycan vilayətlərində sakitlik hiss olunurdu.
Cavab: Tək azərbaycanlılar deyildi. Kürdlər də, ərəblər, bəluclar, türkmənlər də sakit idilər. Çünki onların təcrübəsi yoxdur. Məsələn 8 il əvvəl Tehran universitetinin tələbələri yatan binalara polis hücum edir və onları həbs edir, öldürür. O zaman islahatçıların əlində olan parlament hadisənin araşdırılması üçün bir komitə yaradır. İki gün sonra Təbriz universitetinin tələbələri küçələrə axışır. Eyni hadisə burada təkrarlanır. Bəsicilər, pastarlar universitetə daxil olaraq tələbələrə hücum edir. Ölənlər, yaralananlar və həbs edilənlər olur. Parlamentdə isə bu hadisəni araşdırırlar. O zaman parlamentdə Təbrizi təmsil edən Əkbər Ələmi böyük çətinliklə bir komitənin yaradılmasına nail olur. Araşdırmaların nəticəsi göstərir ki, hadisə zaman çoxlu azərbaycanlı ölmüşdü və Tehranla müqayisədə Təbriz universitetində baş vermiş faciə daha iri miqyaslı olmuşdu. Ancaq parlament, məhkəmə heç bir şey etmirdi. Yəni bu gəstörir ki, azərbaycanlılar siyasi islahatçılardan da (hazır da Mir Hüseyn Musəvi və Mehdi Kərrubi) dəstək almır.
Sual: İranda seçkilərin tarixinə və siyasi hadisələrə nəzər salanda Azərbaycanda nədənsə Tehrana ehtiyatla yanaşırlar. Buna səbəb nədir?
Cavab: Azərbaycanlılar tarixi yaddan çıxartmırlar. Ona görə, görürlər ki, Tehranda tutulanlar, nümayiş keçirilənlər, döyülənlər siyasi adamlardır. Azərbaycan bunlara etimad etmir.