Accessibility links

Heratda polis karvanına hücum edilib


Əfqanıstan polisi bildirir ki, bu gün Herat şəhərində yol kənarında yerləşdirilmiş bomba partlayışı nəticəsində 12 nəfər həlak olub, təxminən 30 nəfər isə yaralanıb. Rəsmilər deyirlər ki, polis maşın karvanı izdıhamlı küçədən keçən vaxt zibil qutusunda yerləşdirilmiş bombanı uzaq məsafədən idarə edilən cihaz vasitəsilə partlatmışlar. Taliban sözçüsü bildirib ki, hücum İncil mahalının polis rəisinə qarşı yönəlmişdi. Əməliyyat nəticəsində polis rəisi ağır yaralanıb və başqa bir polis zabiti, bir qadın və gənc qız həlak olub. Əfqanıstan avqustun 20-də keçiriləcək prezident və yerli seçkilərə hazırlaşan vaxt, taliban yaraqlıları hücumlarını artırıblar. Bu arada NATO-nun yeni rəhbəri Anders Foq Rasmussen bu gün Brüsseldə deyib ki, alyansın beynəlxalq ictimaiyyətin yardımına ehtiyacı var. Onun sözlərinə görə, əks təqdirdə Əfqanıstan beynəlxalq terrorçularn böyük mərkəzinə çevrilə bilər.
XS
SM
MD
LG