Mühacirətdə
yaşayan uyğur siyasi fəal Rəbiyə Kadir Çin hökumətini öz uşaqlarını onu
Sincandakı etnik zorakılıqlara görə qınamağa məcbur etməkdə ittiham edir. Kadir bu ittihamı bu gün Sidneyə gəldikdən
sonra açıqlayıb. Çinin dövlətə məxsus
Şinhua xəbər agentliyi deyilənə görə Kadirin oğlu, qızı və kiçik qardaşı
tərəfindən imzalanmış məktubu nəşr edib.
Həmin məktubda deyilir ki, mühacirətdə olan fəal internetdən istifadə
edərək Sincandakı uyğur türklərini Han çinlililərə qarşı iğtişaşa törətməyə sövq
edib. Hökumət iğtişaşlar zamanı azı 197
adamın həlak olduğunu söyləyir. Məktubu yazan uç şəxs Kadirin ittiham olunan
hərəkətlərindən qəzəbləndiklərini və xəcalət çəkdiklərini bildirib. Kadir isə rəsmi Pekinin qeyri insani hərəkət
edərək öz övladlarını ona qarşı çevirməyə cəhd etdiyini deyir.