Accessibility links

Özbəkistan rus qoşunlarının Qırğızıstandakı mövcudiyyətini tənqid edir


Özbəkistan Rusiyanın qonşu Qırğızıstanda hərbi mövcudiyyətini genişləndirməsini tənqid edib. Özbəkistan xarici işlər nazirliyinin Cahon xəbər agentliyi bildirib ki, rus qoşunlarının Qırğızıstanda artması əlavə militarizasiyaya və millətlərarası konfliktlərə yol aça bilər. Agentlik həmçinin bəyan edib ki, Rusiyanın regiondakı mövcudiyyəti radikal ekstremist qüvvələrin fəallaşmasına rəvac verə bilər. Rusiya ötən həftə Qırğızıstanla həmin ölkənin Özbəkistanla sərhədində ikinci baza açmaq haqda saziş imzalayıb. Rusiyanın paytaxt Bişkek yaxınlığında artıq bir bazası var. ABŞ-la yaxın münasibətlər qurmağa çalışan Özbəkistanın Rusiya ilə münasibətləri son vaxtlar soyuyub.
XS
SM
MD
LG