Fələstin prezidenti Mahmud Abbas İordan Çayının Qərb Sahilindəki Betlehem şəhərində 20 ildən sonra bu gün ilk dəfə olaraq Fətah patiyasının qurultayını açıq elan etdi. Çıxışı zamanı cənab Abbas fələstinlilərin İsraildən ayrı, sülh və təhlükəsizlik şəraitində yaşayacaqlarına ümid etdiklərini dedi, lakin əlavə etdi ki, müqavimət fələstinlilərin seçimlərindən biri olaraq qalır.
Üç gün keçiriləcək yığıncaqda Fətah partiyasının yeni siyasi platformasını qəbul edəcəyi gözlənilir. Yığıncaq zamanı eləcə də, partiyanın 2300 üzvünün çox vacib bir qərara, Mərkəzi Komitə və İnqilab Şurası instututlarının təsisinə səs verəcəkləri deyilir.
Həmas nəzarəti altındakı Qəzza Zolağından Fətahın yüzlərlə nümayəndəsinə qurultayda iştirak etməyə icazə verməyib.