Accessibility links

Mehdi Kərrubi Mahmud Əhmədinejadın hakimiyyətinə qarşı etirazların davam edəcəyini deyib


Iranda prezidentliyə islahatçı namizəd Mehdi Kərrubi İspaniya qəzeti El Pais-ə bu gün verdiyi müsahuibədə ki, nə o, nə də digər müxalifət lideri Mir Hüseyn Musəvi Əhmədinejad hökuməti ilə heç vaxt işləməyəcəklər. Prezidentliyə namizədlər Mehdi Kərrubi və Mir Hüseyn Musəvi dünən ölkənin ali ruhani liderinin Mahmud Əhmədinejadın ikinci dönəm prezidentliyini formal elan etdiyi mərasimdə iştirak etməmişlər. Müxalifət tərəfdarları sabah, prezidentin andiçmə günü genişmiqyaslı etiraz nümayişləri keçirəcəklərini bildirmişlər.

Ağ Evin mətbuat katibi Robert Gibs isə Vaşinqtondan bildirib ki, o, Birləşmiş Ştatlar prezidenti Barak Obamanın Mahmud Əhmədinejada ikinci dönəm prezident seçilməsi ilə bağlı təbrik məktubu göndərəcəyini düşünmür.

Bu arada İranda iyun ayının 12-də keçirilən prezident seçkilərindən sonra iki ölkə arasında münasibətlərin yaxşı qalması məqsədi ilə qonşu Oman sultanı Qabus Bin Səidin üç günlük səfərlə İrana getdiyi xəbər verilir.


XS
SM
MD
LG