Accessibility links

Mahmud Əhmədinejad prezidentliyinin ikinci dönəminə başladı


İran prezidenti Mahmud Əhmədinejad bu gün Tehranda parlament qarşısında and içərək, özünün ikinci dönəm prezidentliyinə başladı. O, ikinci qələbəsini "misilsiz və tarixi" adlandıraraq, bunun İran xalqının və İslamın qələbəsi olduğunu deyib.

Şahidlərin dediyinə görə isə Əhmədinejadın yenidən prezident seçilməsinə qarşı Tehran küçələrinə çıxan yüzlərlə insan arasından bir neçə nəfər həbs edilib. İyun ayının 12-i prezident seçkilərinin saxtakarlıqla keçirildiyini deyən İran müxalifəti prezidentin inaqurasiyasına etiraz olaraq yenidən kütləvi nümayişlərə çağırıb.

İranın islahatçı müxalifət lideri Mehdi Kərrubi də dünən Mahmud Əhmədinejadın yenidən seçilməsinə qarşı etiraz aksiyalarının davam edəcəyini bildirib. İspaniyanın El Pais qəzetinə müsahibə verən Kərrubi nə özünün, nə də digər müxalifət başçısı Mir Hüseyn Musəvinin Əhmədinejad hökuməti ilə işləməyəcəyini deyib.

Bu arada isə İran mediası Mir Hüseyn Musəvinin yardımçılarından birinin, prezident seçkiləri zamanı onun Veb səhifəsini hazırlayan Mir Həmid Həssənzadənin dünən gecə həbs edildiyi barədə xəbər yayıb.


XS
SM
MD
LG