Accessibility links

Rəcəp Teyyib Ərdoğan kürdpərəst Demokratik Cəmiyyət Partiyasının başçısı ilə görüşüb


Türkiyə hökuməti kürd azlıqlarına daha çox hüquqlar verilməsinə marağını izhar etdikdən sonra Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan bu gün kürd siyasətçisi, Demokratik Cəmiyyət Partiyasının başçısı Əhməd Türklə görüşüb. Danışıqlar zamanı kürd üsyançılarının artıq 25 ildir davam etdirdiyi fəaliyyətlərini dayandırmaları barədə məsələyə də toxunulub. Lakin rəsmilər danışıqların detallarını açıqlamayıblar. Keçmişdə cənab Ərdoğan kürdpərəst partiyanın qeyri-qanuni terrorçu PKK təşkilatının üzvlərini rədd etməməkdə günahlandırırdı.

XS
SM
MD
LG