Accessibility links

Pakistanda Taliban liderinin həyat yoldaşı öldürülüb


Pakistanlı Taliban lideri Beytullah Məhsudun qohumları deyirlər ki,bu gün yerli vaxtla səhər tayfaların yaşadığı Cənubi Vəziristana Birləşmiş Ştatların atdığı raket nəticəsində onun qayınatasının evində qalan həyat yoldaşı ölüb. Məhsudun qohumları həmçinin bildirirlər ki, əməliyyatda daha bir nəfər ölüb və 4 uşaq yaralanıb. Məhsudun qohumları və silahdaşları xəbər agentliklərinə deyiblər ki, hücum zamanı Məhsud evdə olmayıb. O, Pakistanda bir neçə bomba partlayışlarında və Əl-Qaida ilə sıx tellər saxlamaqda ittiham edilib.
XS
SM
MD
LG