Accessibility links

Rusiya və Türkiyə qaz və enerjiyə dair saziş imzaladı



Rusiyanın baş naziri Vladimir Putin ölkəsinin planlaşdırdığı Cənub Axını qaz kəmərinə Türkiyədən dəstək almaq üçün Ankaraya gedib.

Cənab Putin Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə qaz kəməri və nüvə enerjisi layihələri də daxil olmaqla, bir sıra sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edib.

İki lider Cənub Axını kəmərinin Türkiyədən keçməklə tikintisinə dair prinsipial razılaşmanı imzalayıblar.

Bu gün Ankarada keçirilən danışıqlara İtaliyanın baş naziri Silvio Berluskoni də qoşulub.

XS
SM
MD
LG