Accessibility links

Bill Klinton Barak Obamaya hesabat verməlidir



Şimali Koreyada 5 ay həbsdə saxlanılan ABŞ jurnalistlərinin azadlığa buraxılmasına nail olan sabiq prezident Bill Klinton Barak Obamaya hesabat verməlidir. Ağ Evin sözçüsünün bildirdiyinə görə, görüş yaxın günlərdə təşkil ediləcək. Cənab Klinton prezident Obama ilə artıq bir dəfə telefonla danışıb. Ağ Ev Bill Klintonun jurnalistlərin azad edilməsi missiyasının onların ailələrinin xahişi ilə şəxsi mahiyyət daşıdığını bir daha təkrar edib.

Şimali Koreyada beş ay həbsdə qalan Amerika jurnalistləri artıq Birləşmiş Ştatlara qayıdıb. Lora Linq və Yuna Li Şimali Koreyada mart ayında həbs edilmişdi. Şimali Koreya məhkəməsi Çin sərhədini keçərək düşmən fəaliyyətləri ittihamı ilə onları 12 il müddətinə ağır əmək düşərgəsində işləmək cəzasına məhkum etmişdi.
XS
SM
MD
LG