Accessibility links

İranda nəzarət altına alınan 3 amerikalının taleyi bəlli deyil


İraqın xarici işlər naziri Hoşyar Zebari icazəsiz sərhədləri keçmək ittihamı ilə İranda nəzarət altına alınan 3 amerikalı haqda məlumat əldə etmək istədiyini bildirib. Nazir amerikalılarla bağlıİranın İraqdakı səfiri Həsən Kazemi Qomi ilə müzakirələr keçirdiyini bildirib, lakin danışıqlar barədə məlumat verməyib.

İranla diplomatik əlaqələrə malik olmayan ABŞ amerikalılar barədə məlumatı İsveçrə səfirliyi vasitəsi ilə əldə etməyə çaılışır.

Şane Bauer, Sara Şourd və Coş Fattal İranda iyul ayının 31-də İraqın Kürdüstan regionuna keçərkən saxlanıblar. İram mətbuatı onların casus olduğu barədə məlumat yayıb.


XS
SM
MD
LG