Accessibility links

Sonia Sotomayor ABŞ-ın Ali Məhkəməsinin hakimi kimi and içib


Sonia Sotomayor ABŞ-ın Ali Məhkəməsinin hakimi kimi and içərək vəzifəsinə başlayır. Bu gün 55 yaşlı ispanmənşəli Sotomayor Vaşinqtondakı Ali Məhkəmə binasında təşkil edilən mərasimində and içib.

Prezident Barak Obama mərasimdə iştirak etməyib. Lakin onun çərşənbə axşamı günü Sotomayor üçün Ağ Evdə mərasim təşkil edəcəyi gözlənilir.

ABŞ Senatında hakimin namizədliyi 68 lehinə,31 əleyhinə səslə təsdiq edilib. Prezident Obama Sotomayorun təsdiqinin onun intellekti, müstəqil düşüncəsi və ləyaqətini nümayış etdirdiyini deyib.


XS
SM
MD
LG