Accessibility links

İranda etiraz aksiyalarının iştirakçıları və siyasi fəallar ikinci dəfə məhkəmə qarşısına çıxarılıb


İran mətbuatınınməlumatına görə,iyun ayı prezident seçkilərindən sonra etiraz aksiyalarının iştirakçıları və 100 nəfər siyasi fəal ikinci dəfə məhkəmə qarşısına çıxarılıb. Müttəhimlər arasında islahatçılar, jurnalistlər, habelə Fransa və Britaniya səfirliklərində çalışan fransız dili müəllimi də var. Casusluq ittihamı ilə nəzarət altına alınan Britaniya səfirliyinin işçisi Hüseyn Rəssam keçən ay zaminə buraxılıb. Britaniyanın xarici əlaqələr idarəsi onun mühakiməsini qəbuledilməz adlandırıb. Müttəhimlərin birinci məhkəməsi bir həftə əvvəl keçirilmişdi.

XS
SM
MD
LG