Accessibility links

Hillari Klinton Afrika səfərini davam etdirir


ABŞ dövlət katibi Hillari Klinton Afrika səfərini davam etdirir. Bu gün o,Cənubi Afrika respublikasının prezidenti Ceykob Zuma ilə iki ölkə arasında münasibətlərin dərinləşdirilməsi barədə müzakirələr keçirib.Rəsmilərin görüşü sahil Durban şəhərində təşkil edilib. Hillari Klinton prezident Zumadan Zimbabve məsələsinə yardım göstərməsini istəyib.

Dünən dövlət katibi demişdi ki,ABŞ və Cənubi Afrika birgə çalışmaqla qonşu Zimbabvedə əsl sosial dəyişikliklərə nail ola bilər. Hillari Klinton Vaşinqton və Pretorianın Zimbabve liderlərinə qarşı sanksiyalar tətbiq edəcəyini bəyan edib. ABŞ dövlət katibinin Afrika səfərinə 7 ölkə daxildir.


XS
SM
MD
LG