Accessibility links

Barak Obama həftəlik radio müraciətini edib


Bu gün ABŞ prezidenti Barak Obama gözlənildiyindən daha yaxşı nəticələr verən səhiyyə islahatlarına dair məlumat bazasına istinad edib. Həftəlik radio müraciəti zamanı ABŞ dövlət başçısı deyib ki, bu göstəricilər gələcək inkişafın və rifahın dayağıdır. Cənab Obama bildirib ki, onun planın eftanaziyanı və Medikeyddə ixtisarları nəzərdə tutması və səhiyyə sektorunun hökumətin əlinə keçməsi barədə şayiələr yanlışdır. Demokrat partiyasının rəhbəri sığorta şirkətlərinin ədalətsiz təcrübəyə görə tənqid edərək deyib ki, onun planı istehlakçıların müdafiəsi və sığorta şirkətlərinin məsuliyyət daşıdığının təminat altına alınması məqsədi daşıyır. Respublikaçıların həftəlik cavabında isə Virciniya qubernatorluğuna namizəd Bob MakDonnel yeni əmək statistikasının işsizlərin sayının yüksək qaldığını göstərdiyini vurğulayıb.
XS
SM
MD
LG