Accessibility links

İranın İnqilab Şurasının ali rəsmisi müxalifət liderlərinin həbsinə çağırıb


İranın İnqilab Şurasının ali rəsmisi deyir ki, müxalifət liderləri mübahisəli seçkilərdən sonra iğtişaşlara başladıqlarına görə həbs edilməlidir. Yadulla Cavaninin bildirdiyinə görə, sabiq prezident Məhəmməd Xatəmi, məğlub namizədlər Mir Hüseyn Musəvi və Mehdi Kərrubi etiraz aksiyalarının əsas təşkilatçıları olub. O deyib ki, hökumət onları həbs etməli, onların məhkəməsini keçirib cəzalandırmalıdır. İranın hüquq-mühafizə orqanları 12 iyun seçkilərində prezident Mahmud Əhmədinejadın saxtakarlıqlar nəticəsində yenidən dövlət başçısı seçildiyini deyərək etiraz aksiyaları keçirən minlərlə müxalif fəalı və nümayiş iştirakçısını həbs edib. Həbs olunanların bir neçəsi məhbəsdə həlak olub və İranın polis rəsmiləri Tehran yaxınlığındakı Kahrizak saxlama məntəqəsində məhbuslarla pis rəftar edildiyini etiraf ediblər.
XS
SM
MD
LG