Accessibility links

Əfqanıstanda Britaniya əsgəri həlak olub


Böyük Britaniya hökuməti deyir ki, Əfqanıstanın cənub bölgəsində yolkənarı bomba partlayışı nəticəsində ölkənin bir əsgəri həlak olub. Britaniyanın Müdafiə Nazirliyinin bildirdiyinə görə, əsgər bu gün Helmənd vilayətində bombanın partlayşışı nəticəsində dünyasını dəyişib. Son bir neçə həftə Qərb qüvvələri Əfqanıstanda böyük itkilər verib. Rəsmilər hücumlarda Taliban yaraqlılarını ittiham edərək, onların avqustun 20-də keçiriləcək prezident seçkilərində seçicilərin iştirakının qarşısını almaq üçün ölkəboyu hücumları genişləndirdiyini bildirirlər. Yalnız iyul ayında ABŞ və beynəlxalq qüvvələrin ölkədə azı 75 əsgəri həlak olub. Bu, 2001-ci ildə ABŞ-ın başçılığı ilə müdaxilə zamanı Talibanın devrilməsindən sonra ən çox tələfat olan aydır.

XS
SM
MD
LG