Accessibility links

Netanyahu İsrail əsgərlərinin Qəzzadan çıxarılmasını səhv adlandırıb


Israilin baş naziri Benyamin Netanyahu kabinetinin həftəlik iclasında bildirib ki, 4 il əvvəl İsrail hərbi qüvvələrinin Qəzza zolağından çıxarılması səhv olub və bu, bir daha təkrar olmayacaq.

Baş nazir Netanyahu bu gün Kabinet üzvlərinə deyib ki, 2005- ci ildə İsrailin Qəzza zolağından çıxması ölkəyə sülh, ya da təhlükəszlik gətirməyib. Bundan iki il sonra İsraillə sülh müqaviləsinin bağlanmasına qarşı çıxan Fələstinin yaraqlı qrupu Həməs rəqibi Fətahla Qəzzanın nəzarətini öz əlinə almaq üçün mübarizə aparıb. Cənab Netanyahu deyib ki, Qəzza hazırda İranın nəzarət etdiyi Həmasın terror bazasıdır.

Fələstinin nümayəndəsi Diana Buttu isə deyib ki, Netanyahunun mövqeyi Birləşmiş Ştatların sponsorluq etdiyi sülh prossesinə qarşıdır.

Netanyahu bu bəyanatı Fətah təşkilatının 20- ildən bəridir ilk dəfə olaraq qurutay keçirdiyi vaxt verir.

Fətah təşkiatının 2300 nümayəndəsi İordan çayının qərb sahilindəki Betlehem şəhərində 6 gün davam edən qurultayda iştirak edib. Dünən onlar prezident Mahmud Abbası partiyaya yenidən lider seçiblər.

Cənab Abbas deyib ki, Fətah təşkilatı sülh prosesini dəstəkləyir. Lakin o xəbərdarlıq edərək bildirib ki, sülh prosesi istiqamətində diplomatik səylər nəticəsiz qalsa, Fələstinlilər silahlı müqavimətə qayıda bilərlər.

XS
SM
MD
LG