ABŞ dövlət katibi Hillari Klinton Afrika səfərini Konqo Demokratik respublikasında davam etdirir. Bu gün Konqoya yola düşməzdən əvvəl Anqolanı yeni seçkilərə səsləyən Klinton Anqolanın prezidenti Hose Eduardo Dos Santos ilə müzakirələr keçirib. Rəsmilərin görüşü paytaxt Luanda şəhərində təşkil edilib.
Hillari Klinton görüşdən əvvəl Anqolanın QİSC-lə mübarizəsi üçün ABŞ-ın 10 milyon dollarlıq yardımına dair razılıq imzalamışdı. Amerikanın dövlət katibi ABŞ-ın ən böyük neft və təbii qaz təchizatçılarından olan Anqola ilə əlaqələrin dərinləşdirilməsinə çalışır.
Hillari Klintonun 11 günlük Afrika səfərinə 7 ölkə daxildir.