Accessibility links

Əfqanıstanda prezident seçkiləri ərəfəsində Taliban fəaliyyətini artırıb


Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, bu gün Kabilin cənubundakı Loqar vilayətinin paytaxtı Puli-Əlamdakı hökumət binasına və polis məntəqəsinə raket hücumları olub. Əfqanıstanın Daxili İşlər Nazirliyi yaraqlılarla atışma zamanı azı bir polis işçisinin öldüyünü bildirib. Taliban sözçüsü Zabiulla Mücahid isə hücumlarda 6 intiharçının iştirak etdiyini bildirmişdir. Əfqanıstanda avqust ayının 20-i keçiriləcək prezident seçkiləri ərəfəsində Taliban öz fəaliyyətini gücləndirib.

XS
SM
MD
LG