ABŞ prezidenti Barak Obama Meksikada Quadalahara şəhərində ilk dəfə olaraq Şimali Amerika ölkələrinin zirvə görüşündə iştirak edir. Danışıqlar zamanı donuz qripi, ticarət və Meksikada narkotik maddələr alverinə qarşı mübarizə məsələləri diqqət mərkəzində olacaq.
Birləşmiş Ştatlar, Meksika və Kanadanın liderlərinin H1N1 donuz qripinə qarşı birgə mübarizə planını təqdim edəcəkləri gözlənilir.
Meksika prezidenti Felipe Kalderon prezident Obamaya dünən deyib ki, ABŞ mütəşəkkil cinayətə qarşı mübarizə məqsədilə söz verdiyi kimi 1.4 milyard dollar məbləğində vəsaiti tez bir zamanda göndərməlidir. Bir milyard dollar ABŞ qanunvericilərinin Meksika ordusunda insan hüquqlarınn pozulması ilə bağlı narahatlıqlarına görə gecikdirilir.
Prezident Kalderonla 45 dəqiqə sürən görüş zamanə cənab Obama Meksikada narko kartellərə qarşı mübariəzəyə güclü dəstək verməklə yanaşı, insan hüquqlarının vacibliyini vurğulayıb.
ABŞ və Meksika prezidentləri Kanadanın Baş naziri Stiven Harperlə şam yeməyində olublar. Lideləri bu gün cənab Obamanın ABŞ-a qayıtmasından öncə bir daha görüşəcəklər.
Zirvə görüşündə gündəmdə olan əsas məsələ üç ölkənin iqtisadiyyatının dirçəlməsi səylərinin müzakirəsidir.