Accessibility links

Cənub Axını qaz kəməri barədə saziş NABUKKO-ya zərbə kimi dəyərləndirilir


Rusiya baş naziri Vladimir Putin Türkiyəyə səfəri əsnasında rus təbii qazını Avropaya ötürəcək Cənub Axını boru xəttinin çəkilişi ilə bağlı rəsmi Ankaradan dəstək qazandı. Əldə olunan razılıq Rusiyaya Qara Dənizin Türkiyə sektorundan boru kəməri inşa etməsinə imkan yaradacaq. Rəsmi Moskva ümid edir ki, yeni marşrut Rusiyanın Avropanın qaz təchizatçısı rolunu genişləndirəcək. Rusiyadan Bolqarıstanadək uzanacaq bu kəmər Avropaya rus qazını çatdıracaq ikinci belə bir xətt olacaq.

Cənub Axınının Rusiya üçün strateji önəmini qeyd edən Türkiyə Ticarət və Sənaye Palatası Universitetinin Rusiya üzrə mütəxəssisi Midhət Çelikpala hesab edir ki, Ankarada imzalanan razılıq Qərbə mesaj göndərir ki, enerji siyasətinə gəldikdə Moskva əsas yüksəklikləri hələ də əldə saxlayır. Bu, habelə təchizat baxımından suallarla üzləşilən NABUKKO layihəsinə bir cavab idi:

Türkiyə ötən ay regional enerji mərkəzi olmaq ümidi ilə 4 Avropa Birliyi dövləti ilə Rusiyanı adlayaraq Orta Asiyadan Avropaya qaz ötürəcək xəttin inşası haqda saziş imzalamışdı. 3,300 kilometr uzunluqda olacaq NABUKKO qaz kəmərinin Avropaya ildə Xəzərə Dənizi və Yaxın Şərqdən 31 milyard kub metr qaz ötürəcəyi nəzərəd tutulur. Baş tutarsa, NABUKKO Avropanənm qaz ehtiyacının 30 faizini ödəmək imkanına malik olacaq. Avropalılar buna habelə Rusiyanın enerji resurslarından təzyiq vasitəsi kimi istifadə etmək qabuiliyyətnin azaldılması kimi baxırlar. Lakin cənab Çelikpalann fikrincə Vladimir Putinin baş nazir Rəcəb Təyyib Ərdoğanla imaladığı razılaşma NABUKKO-ya ciddi zərbədir. Onun sözlərinə görə NABUKKO-nun təchizatı ilə bağlı suallar hələ də dolaşdığı halda Rusiyanın hazır layihə ilə çıxış etməsi NABUKKO-ya sərf olunacaq investisiyanı risk qarşısında qoyur.

Hər iki layihənin nəzərdən keçirildiyi bir vaxt Türkiyə ilə həm avropalılar həm də ruslar yaxşı əlaqələr saxlamağa can atırlar. Ölkənin əvəzolunmaz geostrateji mövqeyi isə ona hər iki təklifi qəbul etmək imkanı verir.

XS
SM
MD
LG