Accessibility links

Dövlət katibi Klinton Konqoda qadınlara qarşı zorakılıqları dayandırmağa çağırıb


ABŞ Dövlət katibi Hillari Klinton Konqo Demokratik respublikasına qadınlara qarşı bütün təcavüz formalarına son qoymağa çağırıb. Klinton bu gün Konqo prezidenti Cozef Kabila ilə ölkənin ən zorakı Şimali Kivu vilayətinin paytaxtı Qomada görüşdən sonra deyib ki, qadınların zorlanması və onlara qarşı hücumlara son qoyulmalıdır. O bildirib ki, regionda seksual və gender zəminində zorakıqlar cəzasız qalmayacaq və buna görı məsuliyyət daşıyanların həbs edilməsi, məhkum olunması və cəzalandırılmasına çağırıb. BMT 1996-cı ildən regionda qadınlara qarşı 20 mindən çox zorakılıq halını qeydə alıb. Klinton bu gün 18 min nəfərin sığınacaq tapdığı düşərgədə təcavüz qurbanları ilə görüşüb. ABŞ Dövlət katibi Konqo paytaxtı Kinşasaya qayıdıb, günün sonunda oradan Nigeriyaya yola düşəcək.

XS
SM
MD
LG