Accessibility links

Tailand rus silah alverçisini ABŞ-a təhvil verməyib


Tailand məhkəməsi Rusiyanın silah alverçisi Viktor Boutun Birləşmiş Ştatlara təhvil verilməməsi haqda qərar çıxarıb. O, Kolumbiya üsyançılarını silahla təmin etmək ittihamları ilə ABŞ-da məhkəmə qarşısına çıxarıla bilər.

Vaşinqton “Ölüm taciri” ləqəbi ilə tanınan Boutu Kolumbiyanın İnqilabi qüvvələrinə milyonlarla dollar dəyərində silah satdığına görə məhkəmə qarşısına çıxarmaq istəyir.

Tailand məhkəməsinin hakimi hökmü oxuyarkən deyib ki, Kolumbiya üsyançıları cinayətkar qrup olmadıqları üçün Viktor Boutun işi siyasi işdir və qrup siyasi məqsəd uğrunda mübarizə aparır. O əlavə edib ki, qrup Tailandda terror təşkilatı kimi tanınmır.

Məhkəmənin qərarı ilə Bout ABŞ-ın apellasiya verə bilməsi üçün daha 72 saat həbsdə qalacaq.

ABŞ-ın Bankqkokdakı səfirliyinin nümayəndəsi qərarı təəssüf hissi ilə qarşılayıb. O deyib ki, ABŞ tərəfdən vəkil qərarı apellasiya etmək istəsə, səfirlik ona yardım edəcək.

Bout Bankqkokda 2008-ci ilin mart ayında Moksvadan gəldiyi zaman həbs edilmişdi.

XS
SM
MD
LG