Rusiya
rəsmiləri deyir ki, ölkənin cənubi İnquşetiya respublikasında yüksək rütbəli
yerli rəsmi qətlə yetirilib. İnşaat
naziri Ruslan Əmirxanov çərşənbə günü öz ofisində güllələnib. Bu, son günlər Rusiyanın müsəlmanlar məskunlaşan
regionunda qətl hallarından sonuncusudur.
On ildən çoxdur Çeçenistanda Rusiyaya qarşı müharibə aparan İslamçı
militantlar indi İnquşetiyada yerli rəsmilərə hücum edirlər. İnqşetiya prezidenti Yunus Bek Yevkurov hələ
də iyunda baş verən bomba hücumunda aldığı yaralardan sağalır.