Accessibility links

Ukrayna rəsmisi Rusiya liderinin tənqidinə cavab verdi


Rusiya prezidenti Dmitri Medvedevin tənqidinə cavab verən yüksək rütbəli Ukrayna rəsmisi bildirib ki, rus siyasətçi köhnəlmiş imperialist düşüncələrin əsiridir. Partiyanın internet səhifəsində yerləşdirilən bəyanatda Ukrayna prezidentinin kadrlar şöbəsinin müdiri Vira Ulyanşenko Rusiyanı Ukraynanın daxili işlərinə qarışmaqda ittiham edib. Cənab Medvedev dünən Ukraynanı anti-Rusiya siyasəti yürütməkdə ittiham edərək Kiyevə yeni səfir göndərilməsini qeyri-müəyyən müddətə təxirə saldığını elan edib. Bu mübahisə Ukraynada prezident seçkilərinə bir neçə ay qalmış baş verir.
XS
SM
MD
LG