Accessibility links

Vladimir Putin Abxaziyaya səfər edib


Rusiyanın Baş naziri Vladimir Putin Gürcüstandan ayrılmaq istəyən Abxaziya respublikasına lazım olarsa, hərbi yardım da daxil olmaqla güclü dəstək bildirib.

Rusiya lideri bu gün Abxaziyanın paytaxtı Suxumidə müxbirlərlə danışıb. Cənab Putin Rusiyanın Gürcüstanın ayrılmaq istəyən bu respublikasını müstəqil dövlət kimi tanımasından bir ildən artıq vaxt keçdiyi zaman ilk dəfə olaraq Abxaziyaya səfər edir.

Vladimir Putin Abxaziyanın lidelərilə görüşlər keçirib. O, Abxaziya jurnalistlərinə deyib ki, Rusiya sərhədlərin mühafizəsi və ərazidə Rusiya hərbi bazasının bərpası daxil olmaqla, regionun müdafiəsi üçün 460 milyon dollar vəsait ayıracaq. Onun sözlərinə görə, Rusiya həmçinin Abxaziyanın büdcəsinə yardım məqsədilə gələn il əlavə 77 milyon dollar ayıracaq.

Baş nazir Putin regionda münaqişələrin yenidən baş qaldıra bilməsini qeyd edərək deyib ki, Gürcüstandakı rəhbərliklə heç bir şeyi istisna etmək olmaz.

Tbilisidə Gürcüstanın Xarici İşlər nazirliyi cənab Putini səfərini təhrik kimi qiymətləndirərək ona etiraz bildirib.


XS
SM
MD
LG