Accessibility links

İran nüvə obyektlərinə hücumlara qadağa qoyulmasını istəyir


İran bildirib ki, Beynəlxalq Atom Enerjisi agentliyindən nüvə obyektlərinə qarşı hücumlara qadağa qoymaq haqda təklif verməsini istəyib. İranın agentlikdəki səfiri Əli Əsgər Soltaniyə deyib ki, Beynəlxalq Atom Enerjisi agentliyinin rəhbəri Məhəmməd ƏlBaradeiyə göndərilmiş məktubda təklifin sentyabr ayında konfransda gündəliyə çıxarılması istənilir.

Soltaniyə deyib ki, nüvə obyektlərinin qorunması bütün ölkələr təcili diqqət verilməsi lazım olan bir məsələdir.

İranın nüvə proqramını artmaqda olan təhlükə hesab edən İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir. İsrailin müdafiə nazirliyinin yüksək səviyyli rəsmiri deyib ki, İsrail Tehranın atom fəaliyyətlərini dayandırmaq üçün hücuma keçməlidir.

Beynəlxalq Atom Enerjisi agentliyi 1990-cı ildə dinc məqsədlə nüv enerjisindən istifadə edən obyektlərə hücum edilməsinə qadağa qoyan qətnamə qəbul etmişdi. Lakin Soltaniyə onun yenilənməsinə ehtiyac olduğunu bildirib.

XS
SM
MD
LG