İyul
ayı ərzində, ABŞ-da satışın həcminin 0.1 faiz enməsi artımın baş verəcəyini proqnozlaşdıran
iqtisadçıları təəccübləndirib.
İqtisadçılar satış rəqəmlərini diqqətlə izləyir, çünki istehlakçı təlabatı
ABŞ iqtisadiyyatının üçdə ikisini təşkil edir.
Hökumətin avto-satışlara yardım proqramını açıqlamasına baxmayaraq satış
rəqəmləri düşüb. Ticarət nazirliyinin
açıqladığı statistika göstərir ki, Vaşinqtonun müdaxiləsi olmadan satış
rəqəmləri 0.6 faiz düşmüş olardı. Bu
yaxılnlarda bir özəl şirkətin açıqladığı hesabatda bildirilir ki, ABŞ ev
bazarında problemlər iyul ayında artıb. Düşən ev qiymətləri və iqtisadi
geriləmə üzündən bir çox ev sahibləri ipoteka borclarını ödəyə bilmir.